Terrorçuların hücumunda yaralanan Türkiyə əsgəri şəhid oldu

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə...

1431383
Terrorçuların hücumunda yaralanan Türkiyə əsgəri şəhid oldu

 

  Suriyada “Bahar qalxanı” hərəkatı çərçivəsində İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən terrorçuların 26 apreldəki hücumunda yaralanan Türkiyə əsgəri şəhid oldu.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, yaralı əsgər Ankara Gülhane Eksperimental və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq iyunun 7-də dünyasını dəyişib.

  Ölkənin milli müdafiə naziri Hulusi Akar müalicə aldığı xəstəxanada şəhid olan əsgər üçün paylaşdığı mesajda yazıb: "Silah yoldaşımız 26 apreldə İdlib bölgəsində terrorçuların hücumu nəticəsində yaralandı, aparıldığı Gülhane Eksperimental və Araşdırma Xəstəxanasında, bütün müdaxilələrə baxmayaraq, qurtarıla bilməyərək 7 iyunda şəhid oldu. Qəhrəman şəhidimizə öz və Milli Müdafiə Nazirliyi adından Allahdan rəhmət, kədərli ailəsinə və nəcabətli millətimizə başsağlığı və səbir diləyirəm."



Әlaqәli Xәbәrlәr