Türkiyə Cənubi Kipri qınadı və təcili tədbirlər görməyə çağırdı

Türkiyənin vitse-prezidenti Fuad Oqtay və Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın

1431181
Türkiyə Cənubi Kipri qınadı və təcili tədbirlər görməyə çağırdı

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay Cənubi Kipr Rum icması rəhbərliyini Larnaka şəhərindəki Tuzla məscidinə Bizans bayrağı asılmasına görə qınadı.

  “Twitter”dən paylaşmasında vitse-prezident sözügedən mövzu ilə bağlı deyib: "Larnakada Tuzla məscidinə asılan Bizans bayrağı ilə yenə təhrik və təxribat baş verdi. Rum rəhbərliyi adanın cənubunda son zamanlar bəzi qaranlıq düşüncələr tərəfindən dirildilməyə çalışılan Türkiyə və İslam əleyhdarlığına son qoymalı, bu xəstə zehniyyətin qabağını təcili almalıdır."

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın da “twitter”dən şərh paylaşaraq Tuzla məscidinə Bizans bayrağı asılmasını bu sözlərlə qınayıb: "Qıbrızda Limasolda Köprülü məscidi həyətinə “molotof kokteyli” atılmasını və indi də Larnakadakı Tuzla məscidi divarına Bizans bayrağının asılmasını kəskin şəkildə qınayır və Rum rəhbərliyini dərhal tədbirlər görməyə çağırırıq. İslam düşmənliyinə göz yummaq olmaz."



Әlaqәli Xәbәrlәr