Xarici sürücülük vəsiqəsinin Türkiyədə istifadə müddəti uzadıldı

Türkiyə vətəndaşlarının digər ölkələrdən aldıqları sürücülük vəsiqəsinin Türkiyədə istifadə müddəti uzadıldı

1430030
Xarici sürücülük vəsiqəsinin Türkiyədə istifadə müddəti uzadıldı

 

  Türkiyə vətəndaşlarının digər ölkələrdən aldıqları sürücülük vəsiqəsinin Türkiyədə istifadə müddəti 1 ildən 2 ilə çıxarıldı.

  "Quru yolları idarəçiliyində dəyişiklik edilməsinə dair qərar" “Rəsmi Gazete”də çap olunub.

  Məlumata görə, Türkiyə vətəndaşları xarici ölkələrdən aldıqları sürücülük vəsiqələrini Türkiyəyə daxil olduqları tarixdən etibarən 2 il müddətinə istifadə edə biləcək. Ölkədə 6 aydan çox olanlar maşın sürmək üçün sürücülük vəsiqələrini xarici nümayəndəlik və ya notarius tərəfindən təsdiqlədib Türkiyə türkcəsinə tərcümə edərək hər iki sənədi yanlarında saxlamalıdır.

  Xaricdən alınan sürücülük sənədinin 2 illik istifadəsi sona yetərsə, Türkiyənin əlaqədar idarələri tərəfindən verilən vəsiqələrlə dəyişdirilməsi – yenilənməsi məcburidir.

  Sürücülük vəsiqəsini yeniləmək üçün müraciətlər Türkiyənin hər hansı rayon qeydiyyat şöbəsinə edilməlidir.

  Müraciət əsnasında tələb edilən məlumat və sənədlər Əhali və Vətəndaşlıq İşləri üzrə Departamenti tərəfindən təyin olunur.



Әlaqәli Xәbәrlәr