Türkiyə 40 ölkəyə qarşılıqlı təyyarə səfərlərinə başlayır

Bu ölkələr hansılardır?

1429685
Türkiyə 40 ölkəyə qarşılıqlı təyyarə səfərlərinə başlayır

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 10 iyundan başlayaraq mərhələli olaraq 40 ölkəyə təyyarə səfərlərini başlamağı planlaşdıqlarını açıqlayıb.

  İ.Karaismailoğlu verdiyi yazılı şərhdə bildirib: “Yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizəni dünyanın digər ölkələrilə müqayisə etdiyimiz zaman Türkiyənin bu müddəti müvəffəqiyyətlə sovuşdurduğunu görürük və buna görə "yeni normallaşma" çərçivəsində addımlarımızı atmağa davam edirik.

  1 iyundan daxili xətt uçuşları başlanıb. Xarici xətt uçuşları ilə bağlı 92 ölkə ilə danışıqlar aparılır.

  Xarici xətt uçuşlarının qarşılıqlı açılmasıyla əlaqədar ilkin mərhələdə 15 ölkəylə razılığa gəlinib.

   10 iyundan etibarən mərhələli olaraq xarici xətt uçuşları belədir:

  • 10 iyundan Qıbrız - Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər, Yunanıstan;
  • 15 iyundan Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Horvatiya, Honq Konq, İsveçrə, Yaponiya, Şimali Makedoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Sinqapur, Slovenya, Tacikistan;
  • 20 iyundan Hollandiya, Qazaxıstan;
  • 22 iyundan Albaniya, Bosniya Herseqovina, Danimarka, Estoniya, Finlandiya, Cənubi Koreya, İrlandiya, Çernoqoriya, Qırğızıstan, Latviya, Lüksemburq, Norveç, Slovakiya;
  • 25 iyundan Belçika”.


Әlaqәli Xәbәrlәr