Türkiyənin göndərdiyi tibbi ləvazimat Çada çatıb

Türkiyənin yeni növ koronavirusla (Covid-19) mübarizə üçün yardım tədarükünü daşıyan təyyarə Afrika ölkəsi Çada çatıb.

1423965
Türkiyənin göndərdiyi tibbi ləvazimat Çada çatıb

Türkiyənin yeni növ koronavirusla (Covid-19) mübarizə üçün yardım tədarükünü daşıyan təyyarə Afrika ölkəsi Çada çatıb.
Müdafiə Nazirliyinin "Twitter" hesabından verilən açıqlamaya görə, mayın 26-sı səhər paytaxt Ankaradan yola çıxan hərbi yük təyyarəsi axşam saatlarında Çada eniş edib.
Türkiyə daha əvvəl ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya və Balkan ölkələrilə yanaşı çox sayda ölkəyə tibbi ləvazimat yardımı göndərib.



Әlaqәli Xәbәrlәr