Fuad Oqtay: "Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yanında olmağa davam edəcək"

Prezident müavini Fuad Oqtay yeni normallaşma prosesinə hazırlaşarkən Türkiyənin Şimali Kıbrıs (Kipr)  Türk Cümhuriyyətinin yanında olmağa davam edəcəyini söyləyib.

1423740
Fuad Oqtay: "Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yanında olmağa davam edəcək"

Prezident müavini Fuad Oqtay yeni növ koronavirus (Covid-19) pandemiyasının təsiri ilə təşkil ediləcək yeni normallaşma prosesinə hazırlaşarkən Türkiyənin Şimali Kıbrıs (Kipr)  Türk Cümhuriyyətinin yanında olmağa davam edəcəyini söyləyib.
Fuad Oqtay videokonfrans vasitəsilə Türkiyə ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti arasında "İqtisadi və Maliyyə Əməkdaşlıq Sazişi"nin imza atma mərasiminə qatılıb.
Pandemiyanın təsirlərilə yaranacaq yeni normallaşma prosesinə hazırlaşarkən Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyətinin yanında olmağa davam edəcəyini vurğulayan Oqtay "Şimali Kıbrıs Türk Cümhuriyyətini davamlı bir iqtisadiyyata qovuşdurmaq üçün ciddi şəkildə və təxirəsalınmaz şəkildə lazımi addımları atmaqda qətiyyətliyik" deyib.
Oqtay Türkiyə-Şimali Kıbrıs Türk Cümhuriyyəti İqtisadi və Maliyyə Əməkdaşlıq Sazişinin pandemiyanın iqtisadiyyata fəsadlarının aradan qaldırılmasına dəstək olacaq tərzdə hazırlandığını qeyd edib. 
"Razılaşma 2 milyard 288 milyon 976 min TL məbləğindəki maliyyə qaynaqlarını  ilə qrant və kredit şəklində veririk" deyən Fuad Oqtay "2020 İqtisadi və Maliyyə Əməkdaşlıq sazişi yeni normallaşmağa güclü  güclü şəkildə hazırlaşan Şimali Kıbrıs Türk Cümhuriyyətinin və qardaşlığımızın ucalma zəminini təşkil edəcəkdir" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr