10 terrorçu “Sülh çeşməsi” bölgəsində zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilir...

1421962
10 terrorçu “Sülh çeşməsi” bölgəsində zərərsizləşdirildi

 

  Separatçı terror təşkilatı PKK/YPG-nin 10 üzvü Suriyada “Sülh çeşməsi” bölgəsinə sızmağa çalışıb.

  Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilir: “Terrorçular mayın 19-u gecə yarısı “Sülh çeşməsi” bölgəsinə girməyə cəhd edib. 10 PKK/YPG terrorçusu qəhrəman Türkiyə komandirləri tərəfindən təsbit olunub və zərərsizləşdirilib. Beləliklə, may ayında “Sülh çeşməsi” bölgəsində zərərsizləşdirilən terrorçu sayı 66-ya çatıb”.

  Qeyd edək ki, yanvarın 1-dən bu yana bütün əməliyyat ərazilərində zərərsizləşdirilən terrorçu sayı 1445 nəfərdir.



Әlaqәli Xәbәrlәr