Türkiyə Nigeriyada törədilən terror hücumlarını qınadı

Türkiyə Qərbi Afrika ölkəsi olan Nigeriyaya ölkədə törədilən terror hücumlarında həyatını itirənlərə görə başsağlığı verib.

1420808
Türkiyə Nigeriyada törədilən terror hücumlarını qınadı

Türkiyə Qərbi Afrika ölkəsi olan Nigeriyaya ölkədə törədilən terror hücumlarında həyatını itirənlərə görə başsağlığı verib.
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Nigeriyanın Borno və Yobe əyalətlərində mayın 19-da törədilən terror aktlarında çox sayda insanın öldüyünün və yaralanmasının böyük kədər hissi ilə öyrənildiyi qeyd edilib.
Açıqlamada "Bu xain terror aktlarını qınayırıq. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirik. Nigeriya xalqına və hökumətinə səmimi başsağlığı veririk" ifadəsi yer alıb.
Qeyd edək ki, Nigeriyanın Borno və Yobe əyalətlərində terror təşkilatı Boko Haramın təşkil etdiyi silahlı hücumlarda 20 nəfər həlak olmuş və çox sayda insan xəsarət almışdı.



Әlaqәli Xәbәrlәr