Türkiyə Nigerə başsağlığı verdi

Türkiyə Nigerdə törədilən terror aktını qınayaraq, hücumda həyatını itirənlərə görə ölkəyə başsağlığı verdi.

1420798
Türkiyə Nigerə başsağlığı verdi

Türkiyə Nigerdə törədilən terror aktını qınayaraq, hücumda həyatını itirənlərə görə ölkəyə başsağlığı verdi.
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, 18 mayda Nigerin Diffa bölgəsində törədilən terror hücumunda ölən və yaralanan əsgərlərin olduğunun böyük kədərlə öyrənildiyi qeyd edilib.
Açıqlamada "Bu xain terror hücumunu qınayırıq. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirik. Qardaş Niger xalqına və hökumətinə başsağlığı veririk" ifadəsi yer alıb.
Qeyd edək ki, mayın 18-i gecə Diffa şəhərindəki Blabrine Hərbi Bazasında Nigeriyadakı Boko Haram terror təşkilatı tərəfindən təşkil edilən hücumda 12 əsgər həlak olmuş, 10 əsgər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr