Ərdoğan 1915 Çanaqqala Körpüsünün sonuncu blokunun quraşdırılması mərasimində çıxış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 32 blokdan ibarət 1915 Çanaqqala Körpüsünün sonuncu blokunun quraşdırılması mərasimində çıxış edib

1418584
Ərdoğan 1915 Çanaqqala Körpüsünün sonuncu blokunun quraşdırılması mərasimində çıxış etdi
1915 Çanakkale Köprüsü_03.jpg
1915 Çanakkale Köprüsü_04.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 32 blokdan ibarət 1915 Çanaqqala Körpüsünün sonuncu blokunun quraşdırılması mərasimində çıxış edib.

  Tikinti başa çatdıqda "Dünyanın ən böyük orta açıqlıqlı asma körpüsü" adını alacaq, rəngləri, fiqurları və digər xüsusiyyətləri ilə "rəmzlər körpüsü" olacaq körpünün sonuncu blokunun quraşdırılması mərasiminə ölkə prezidenti R.T.Ərdoğan videokonfrans yolu ilə qatılıb.

  İstanbulun Avropa yaxasından Gelibolu qəsəbəsinin Sütlüce mövqeyi ilə Asiya tərəfindəki Lapseki qəsəbəsinin Şekerkaya mövqeyi arasında qurulan körpüdə dənizlə əlaqəli işlərdən sonra su və quru bağlantı nöqtələrindəki işlərdə ciddi irəliləyiş əldə edilib.  

  Blokların suya qoyulması və körpünün ayaqlarının yüksəlməsi ilə artıq Türkiyə bayrağının rəmzi olan qırmızı və ağ rənglər aydın görünməyə başlayıb.

  R.T.Ərdoğan videokonfrans yolu ilə qatıldığı mərasimdə çıxışı xamanı deyib: “Mən 1915 Çanaqqala Körpüsünün sonuncu blokunun polad qüllələrə bağlanmasının ölkəmizə və xalqımıza xeyirli olmasını arzu edirəm. Malkara-Çanaqqala şose yolu və 1915 Çanaqqala Körpüsü Türkiyə iqtisadiyyatının ən inkişaf etmiş, əhalisinin sıx olduğu Mərmərə və Egey bölgələrindəki limanlar, dəmiryolları və hava nəqliyyat layihələrində inteqrasiyanı təmin edəcək. Körpü bu bölgələrdə iqtisadi inkişafa və sənayenin tələb etdiyi balanslı planlaşdırmaya imkan yaradacaq. Layihənin əvvəlindən hazırkı səviyyəsinə gələnə qədər əməyi keçən hər kəsi, xüsusilə Binəli Yıldırım, Əhməd Arslan və Cahit Turhanı təbrik edirəm”.

  Mərasimdə iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu isə çıxışında bunları söyləyib: “Biz bu gün burada bir tarixin şahidi oluruq: 1915 Çanaqqala Körpüsünün ilk qüllələrinin montajını edirik. Biz yüz minlərlə şəhid verərək Çanaqqalanı keçilməz etdik və həmişə vəfa borcumuzu yerinə yetirmək üçün çalışırıq… Magistral yollarında yük və sərnişin daşınması hər gün artır. Lapseki-Gelibolu arasındakı 1,5 saat sürən bərə səfərləri bu körpü ilə 6 dəqiqəyə enəcək. Körpü Trakya və Egey bölgəsini birləşdirəcək və iqtisadi canlılığa böyük fayda verəcək. Dövlət yolu 101 kilometr olan magistral yolu 40 kilometr azalacaq. Hər il 567 milyon lirəyə qənaət etmiş olacağıq. Tikintidə işlər fasiləsiz olaraq davam edir”.



Әlaqәli Xәbәrlәr