"F-35 proqramı Türkiyəsiz olmaz"

Amerika Birləşmiş Ştatlarında "F-35 proqramı Türkiyəsiz olmaz" narahatlığı ...

1416181
"F-35 proqramı Türkiyəsiz olmaz"

 

  ABŞ Hökumət Hesabatı İdarəsi (GAO) Türkiyə üçün F-35 satınalma hesabatı hazırlayıb. Bildirilib ki, Türkiyəni F-35 proqramından silmək cəhdi proqramın axsayan istehsal və tədarük prosesinə mənfi təsir edir.

  ABŞ Konqresinə yoxlama, qiymətləndirmə və sorğu xidmətləri təqdim edən GAO-nun F-35 hesabatında təyyarənin test və hissə istehsalının korona virusuyla əlaqədar çox azaldığı qeyd olunur. Təyyarənin tam hazırolma prosesi 2021-ci ilin martına çəkə biləcəyi üçün Türkiyəni proqramdan çıxarmaq daha böyük risklərə yol aça bilər.

  Qeyd edək ki, Türkiyə Rusiyadan 2019-cu ilin iyul ayında S-400 müdafiə sistemi avadanlığını aldıqdan sonra ABŞ onu F-35 proqramından çıxarmışdı.



Әlaqәli Xәbәrlәr