"Heç bir ölkədən heç nə istəmədik və almadıq", M.Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xaricdə yaşayan və yeni növ korona virusundan (Covid-19) həyatını itirən Türkiyə vətəndaşlarının sayını açıqladı.

1415939

  Türkiyənin özəl telekanallarından birinə müsahibəsində M.Çavuşoğlu deyib: “Xaricdə 7 milyona yaxın Türkiyə vətəndaşı yaşayır. Bu günə qədər ölkədən uzaqlarda “Covid-19”dan 507 vətəndaşımız həyatını itirib, təxminən 500 nəfər isə müxtəlif ölkələrin xəstəxanalarında müalicə alır. Türkiyə nümayəndəlikləri o ölkələrdə müalicə olunan vətəndaşları ilə daim maraqlanır. Xaricdə olan və Türkiyəyə dönmək istəyən vətəndaşlarımızın gəlişi də təmin edilməkdə davam edir. 110 ölkədən 65 mindən çox vətəndaşımızı ölkəyə gətirmişik. Təkcə özümüzkülərə deyil, digər ölkələrə də dəstək oluruq. 79 ölkənin tələblərinin mühüm hissəsini təmin etmişik. Özümüz isə heç bir ölkədən heç nə istəmədik və almadıq".

Әlaqәli Xәbәrlәr