Türkiyədə koronavirusdan ölüm sayı kəskin şəkildə azalmağa davam edir

Türkiyədə yeni növ koronavirus (COVID-19) epidemiyasına gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalmağa davam edir.

1414476
Türkiyədə koronavirusdan ölüm sayı kəskin şəkildə azalmağa davam edir

Türkiyədə yeni növ koronavirus (COVID-19) epidemiyasına  gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalmağa davam edir.

Son 24 saatda 47 nәfәrin dә hәyatını itirmәsi ilә epidemiya sәbәbindәn ölәnlәrin sayı 3786  nәfәrә çatıb. Əldə olunan məlumata əsasən,sutka ərzində 36  min 187  nəfər üzərində müayinə aparılıb. Onlardan 1542  nəfərdə infeksiya aşkarlanıb.

Sağalan 3 min 211 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 92 min 691 nəfər müalicə olunub.

Digәr tәrәfdәn koronavirusla bağlı görülәn tәdbirlәr çәrçivәsindә fәaliyyәti dayandırılan  bәrbәrxanalar vә  gözәllik salonları bu gündәn etibarәn açılacaq.

Dünәndәn etibarәn  65 yaşdan yüxarı olan vәtәndaşlara 4 saat müddәtinә evdәn çıxmağa icazә verilib.

Sәhiyyә naziri Fәxrәddin Koca rәsmi ‘‘Twitter’’ sәhifәsindә verdiyi açıqlamada dünәn dörd saat müddәtinә evdәn çıxa bilәn 65 yaşdan yuxarı vәtәndaşlara göstәrdiklәri sәbr üçün tәşәkkür edib.



Әlaqәli Xәbәrlәr