“Yəqin Aİ indi eyni gəmidə olduğumuzu başa düşür”, R.T.Ərdoğan

Avropa İttifaqı (Aİ) ideyasının bünövrəsi olan “Schuman” bəyannaməsinin qəbul edilməsinin 70 illiyi münasibətilə təbrik edən R.T.Ərdoğan mesajında bunları söyləyib...

1413969
“Yəqin Aİ indi eyni gəmidə olduğumuzu başa düşür”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə ortaq düşməninin sərhəd tanımayan bir virus olduğunu vurğulayaraq "Ümid edirəm ki, Aİ indi eyni gəmidə olduğumuzu başa düşür" deyib.

  Avropa İttifaqı (Aİ) ideyasının bünövrəsi olan “Schuman” bəyannaməsinin qəbul edilməsinin 70 illiyi münasibətilə təbrik edən R.T.Ərdoğan mesajında bunları söyləyib: “Bütün dünyanı məhv edən İkinci Dünya Müharibəsindən sonra Avropa küllərindən yenidən doğuldu. Qərb ölkələri fikir ayrılıqları və düşmənliklərini bir kənara qoyub sülh, təhlükəsizlik, inkişaf və rifah üçün bir araya gəldi.

  Bu gün biz yeni dağıdıcı fəlakətlə üz-üzəyik. Amma bu dəfə ümumi düşmənimiz heç bir sərhəd tanımayan, təkcə sağlamlığımızı deyil, həm də rifahımızı, sosial nizamımızı və əlaqələrimizi təhdid edən bir virusdur. Bu gözəgörünməz virus bizə son zamanlar unutma təhlükəsində olduğumuz populist siyasət və qısamüddətli milli maraqları qurbanvermə və birlikdə möhkəmolmanın mənasını bir daha anlatdı.

  Aİ-nin düzgün və vaxtında atdığı addımlarla güclənəcəyi və bu böhrandan çıxacağına inanırıq.  

  Ayrı-seçkilik və nifrət dili kənara qoyularsa, Avropanın ortaq mənfəəti kiçik siyasi oyunlar və ya milli maraqlara qurban verilməzsə, geniş düşüncə ilə və daha ədalətli olsaq, daha yaxşı günlərimiz olacaq. Virusla mübarizə, epidemiyadan sonrakı dövrdə iqtisadi bərpa, qitəmizə təsir edən regional prosesləri istiqamətləndirmək, miqrasiya və terrorla mübarizədə səylərimizi cəmləşdirməliyik.

  Aİ - Türkiyə əlaqələrini yenidən canlandırmağa ehtiyac var. ​​Türkiyə ittifaqın tam üzvü olarsa, birlik qlobal aktyor rolunu oynayar.

  Bütün avropalıların, o cümlədən vətəndaşlarımın 9 May Avropa Gününü təbrik edirəm."



Әlaqәli Xәbәrlәr