Türkiyə İsrailin qərarına reaksiya verdi

Türkiyə İsrailin qeyri-qanuni məskunlaşmanın genişləndirilməsi qərarına reaksiya verdi.

1412590
Türkiyə İsrailin qərarına reaksiya verdi

Türkiyə İsrailin qeyri-qanuni məskunlaşmanın genişləndirilməsi qərarına reaksiya verdi.
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında "İsrailin müdafiə naziri Naftali Bennettin işğal altındakı İordan çayının qərb sahilindəki qanunsuz Efrat yaşayış məntəqəsinin minlərlə əlavə mənzilə icazə verilməsinə imkan yaradacaq şəkildə genişləndiriləcəyini elan etməsi İsrailin ehtiyatsız yanaşmasının son nümunəsidir" deyilib.
Açıqlamada bildirilib ki, İsrail yeni növ koronavirus (Covid-19) epidemiyasının bütün dünyaya təsir etdiyi, sülh və sabitliyə ən çox ehtiyac duyulan bu həssas dövrdə belə daxili siyasətdə istifadə olunması uğrunda Fələstin xalqının hüquqlarını tapdalamağa davam edir. İsrail Fələstindəki işğal və zülm siyasətini daha da artırır. İsrailin Fələstin ərazilərində qanunsuz məskunlaşmaların genişləndirilməsi yolu ilə iki dövlətli həll yolunu məhv etməyə yönəlmiş qanunsuz əməllərinə dərhal son qoyulması bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün vacibdir. İsrailin beynəlxalq qanunlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə məhəl qoymayan addımlarını bir daha qəti şəkildə rədd edirik və qardaş Fələstin xalqının və Fələstinin haqlı davasının yanında olacağımızı bir daha dilə gətiririk. 
İsrailin müdafiə naziri Bennett işğal olunmuş İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqəsində 7000 əlavə yaşayış məntəqəsinin inşasını təsdiqləyib.



Әlaqәli Xәbәrlәr