TİKA İordan çayının qərb sahili və Şərqi Qüdsdə 3 min ailəyə ərzaq bağlaması paylayıb

TİKA Ramazan ayı qida yardımı layihəsi çərçivəsində İordan çayının qərb sahilindəki 3 min ehtiyacı olan ailəyə ərzaq bağlaması paylayıb.

1411129
TİKA İordan çayının qərb sahili və Şərqi Qüdsdə 3 min ailəyə ərzaq bağlaması paylayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayı qida yardımı layihəsi çərçivəsində İordan çayının qərb sahilindəki 3 min ehtiyacı olan ailəyə ərzaq bağlaması paylayıb.

TİKA-nin Fələstin üzrə koordinatoru Əhməd Rəfiq Cətinqaya Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada İsrailin işğalı altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7500 ailəyə ərzaq yardımı ediləcəyini, hədəflərinin 40 min fələstinlinin bu yardımdan yararlanmasi olduğunu bildirib.

Fələstin Fondlar nazirinin müavini Camal Qasım Turkiyənin Fələstin xalqına etdiyi yardımları yüksək dəyərləndirərkən "Bu yardım bağlamaları həm maddi, həm də mənəvi baxımdan çox qiymətlidir. Turkiyədəki qardaşlarımızın dəstəyi ilə bu yardımlar davam edir" deyə bildirib.

Qasım başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə xalqına təşəkkürlərini çatdırıb.



Әlaqәli Xәbәrlәr