ABŞ Konqresindən Türkiyəyə təşəkkür məktubu

ABŞ Nümayəndələr Palatası  Türkiyə Dostluq Qrupunun bərabər hüquqlu sədrləri Türkiyənin bu ölkəyə yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizə çərçivəsində göndərdiyi tibbi yardım avadanlıqları üçün təşəkkür edib.

1410991

ABŞ Nümayəndələr Palatası Türkiyə Dostluq Qrupunun bərabər hüquqlu sədrləri Türkiyənin Vaşinqton səfiri Serdar Kılıça bir məktub ünvanlayıblar.
Stif Kabots, Stif Kohen, Co Vilson və Gerald Konnollynun ünvanladığı məktubda göndərilən iki tibbi yardım paketinə görə Türkiyəyə "səmimi qəlbən" təşəkkür edilib.
Məktubda "Ölkəniz tərəfindən göndərilən 500 min cərrahi maska, 34 min 500 tibbi paltar, 2500 digər qabaqlayıcı material və dezinfeksiyaedicilər tibb işçilərinin qorunmasına kömək edəcəkdir. Türk xalqının alicənablığını alqışlayırıq" ifadələr işlədilib.
Ötən həftə prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə Silahlı Qüvvələrinə məxsus iki hərbi nəqliyyat təyyarəsi ABŞ-a tibbi yardım avadanlığı apardı.
Türkiyə "Covid-19" pandemiyası ilə mübarizə çərçivəsində İtaliya, İspaniya, Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya-Herseqovina, Kosova, İngiltərə və Somali başda olmaqla 60-a yaxın ölkəyə tibbi vəsait yardımı çatdırdı.

Әlaqәli Xәbәrlәr