"103 ölkədən 65 mindən çox Türkiyə vətəndaşını ölkəyə gətirdik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu yeni növ koronavirusun (Covid-19) yayıldığı günlərdə 103 ölkədən 65 mindən çox Türkiyə vətəndaşının ölkəyə gətirildiyini söyləyib.

1411211

Çavuşoğlu Xarici İşlər Nazirliyinin "Covid-19" Dəstək və Koordinasiya Mərkəzində gündəmə dair verdiyi açıqlamada deyib:
"Türkiyə "Covid-19" epidemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və göstərdiyi müvəffəqiyyətli ifəaliyyətlər bütün dünyaya nümunə oldu. Bu proses Türkiyədəki səhiyyə sisteminin nə qədər güclü olduğunu ortaya qoydu. Ölkə daxilində pandemiya ilə mübarizə edərkən ölkə xaricinə da yardımlar çardırdıq".
Çavuşoğlu ölkə xaricində yaşayan Türkiyə vətəndaşlarının gətirilməsi üçün göstərdikləri fəaliyyətlərə də toxunaraq, "İnfeksiya yayıldıqca Türkiyəyə təxliyyə üçün tələblər oldu. İndiyə qədər 103 ölkədən 65 mindən çox vatandaşımızı Türkiyəyə qaytardıq. Qarşıdan gələn günlərdə də vətəndaşlarımızı gətirməyə davam edəcəyik" deyib.
Nazir Çavuşoğlu "Covid-19" pandemiyasından ölkə xaricində indiyə qədər 473 Türkiyə vətəndaşının isə həyatını itirdiyini, bunlardan 350-dən çoxunun cənazəsini Türkiyəyə gətirdiklərini qeyd edib. 

Әlaqәli Xәbәrlәr