Suriyadakı türk səgərlərinə atəş açan terrorçular susduruldu

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə

1409793
Suriyadakı türk səgərlərinə atəş açan terrorçular susduruldu

 

  Suriyada “Sülh çeşməsi” bölgəsinə girməyə cəhd edən və atəş açan separatçı terror təşkilatı PKK/YPG-nin 12 üzvü zərərsizləşdirildi.

  Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, “Sülh çeşməsi” bölgəsindəki Tel-Abyad yaşayış məntəqəsinin cənub-qərbindəki Türkiyə Silahlı Qüvvələri əsgərlərinə təcavüz atəşi açılıb. Bununla yanaşı digər istiqamətdən əraziyə sızma cəhdləri olub.

  Bölgədə quraşdırılmış kəşfiyyat və nəzarət məntəqələri vasitəsilə müəyyən olunan PKK/YPG terrorçularının mümkün qaçış yolları qanuni müdafiə çərçivəsində yüngül silahlarla atəşə tutulub. Terrorçular zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrində itki yoxdur.

  Bölgədə sülh və əmin-amanlığın sürməsi üçün kəşfiyyat, nəzarət və humanitar yardım fəaliyyətləri davam edir.

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkənin daxili və xaricində son bir ayda terror təşkilatı YPG/PKK-nın 122 üzvü və sözdə “məsul şəxs” zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr