Türkiyə hesabatın yanlış və obyektivlikdən uzaq şəkildə hazırlandığını bildirdi

Türkiyə ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən dini azadlıqlar mövzusunda hər il hazırlanan ənənəvi hesabatların Türkiyə ilə bağlı hissələrinin keçmiş illərdə olduğu kimi  yanlış və obyektivlikdən uzaq şəkildə hazırlandığını bildirdi.

1408237
Türkiyə hesabatın yanlış və obyektivlikdən uzaq şəkildə hazırlandığını bildirdi

Türkiyə ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən dini azadlıqlar mövzusunda bu ölkənin rəhbərliyinə tövsiyə məqsədilə hər il hazırlanan ənənəvi hesabatların Türkiyə ilə bağlı hissələrinin keçmiş illərdə olduğu kimi  yanlış və obyektivlikdən uzaq şəkildə hazırlandığını bildirdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Komissiyanın builki hesabatında Türkiyəyə aid hissə qərəzli münasibətin ortaya çıxardığı bir yanaşmadır: "Hesabat keçmiş illərdə olduğu kimi, yenə də əsassız, qaynağı naməlum, yersiz iddialar əsasında hazırlanıb. Türkiyədə dini azlıqların azadlığının qorunmasına xüsusi əhəmiyyət verilir".

Hami Aksoy FETÖ-nün terrorbaşçısının “ABŞ-da yaşayan din xadimi” kimi xarakterizə edilməsinin isə Türkiyədəki məlum dövlət çevrilişi cəhdini və həmin hadisələrdə 251 günahsız insanın şəhid olmasının görməməzliyə vurulması kimi qiymətləndirildiyini vurğulayıb.

Hami Aksoy açıqlamasında əlavə edib ki, komissiyanın dünyada dini azadlıqları təhdid edən çağırışlara yer verməsi fonunda hesabatda Qərbdə və ABŞ-da İslam əleyhinə təbliğatın, dini ayrı-seçkilik və düşmənlik cəhdlərinin artması haqqında heç bir məlumat yoxdur. Bu isə, Türkiyəyə qarşı düşmənçilik edənlərin təsiri ilə hazırlanmış hesabatın məqsədinin dini azadlıqlar və haqların qorunması olmadığını açıq-aşkar ortaya qoyur. 

Aksoy açıqlamasında "Keçmişdə də İslama qarşı qərəzli şəkildə günahlandırılan sözügedən komissiyanın bu hesabatı obyektiv meyarlardan çox, özünün əsassız gündəm və prioritetlərinə görə Türkiyə düşməni fikirlərin təsirilə hazırlandığı məlumdur. Bu hesabatı hazırlayanlara aynaya baxmalarını və özünütənqid etmələrini tövsiyə edirik" ifadələri yer alıb.

 



Әlaqәli Xәbәrlәr