Mövlud Çavuşoğlu pandemiya günlərində də beynəlxalq görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu "Covid-19" pandemiyası müddətində həmkarları ilə yanaşı NATO, Avropa İttifaqı (Aİ) və BMT səlahiyyətlilərilə yanaşı başqa rəsmilərlə də görüşüb.

1408428
Mövlud Çavuşoğlu pandemiya günlərində də beynəlxalq görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu "Covid-19" pandemiyası müddətində həmkarları ilə yanaşı NATO, Avropa İttifaqı (Aİ) və BMT səlahiyyətliləri ilə 49 telefon danışığı və 6 birgə telekonferans keçirib, həmçinin video-konfrans vasitəsilə beynəlxalq səviyyəli 5 iclasa qatılıb. 
Çavuşoğlunun "Covid-19" pandimeyası çərçivəsində keçirdiyi beynəlxalq görüşlər "Girişimci ve İnsani Dış Politika" və "Birlikte Yeneceğiz" etiketləri ilə Nazirliyin "twitter" səfhifəsində paylaşım edilib. 
Buna görə, pandemiya prosesində beynəlxalq səviyyədə təmaslarını davam etdirən Çavuşoğlu 44 həmkarı ilə yanaşı NATO baş katibi Yens Stoltenberq, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Xosef Borrell, Aİ Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli, Türk Şurasının baş katibi Bağdad Amreyev, BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) baş komissar Philip Lazzarini ilə telefonla danışıb.
Çavuşoğlu pandemiya səbəbiylə 19, 21, 27 mart və 7,17 və 28 apreldə həmkarları ilə birgə tele-konferans keçirib. Görüşdə virusa qarşı mübarizə çərçivəsində atıla biləcək addımlar qiymətləndirilib.
Nazir Çavuşoğlu 2 apreldə "Covid-19" pandemiyası tədbirləri çərçivəsində video-konfrans vasitəsilə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısında və 22 apreldə İslam Əməkdaşlıq Təşkilatı ilə Suriya mövzusunda Astana Proses toplantısına və İran və Rusiya Federasiyası, 28 apreldə Türkiyə-Polşa-Rumıniya Üçtərəfli Xarici İşlər Nazirləri yığıncağına və dünən Afrika Birliyinin "202-ci ildən sonra Somali" mövzusunda Yüksək Səviyyəli Konfransına da qatılıb. 



Әlaqәli Xәbәrlәr