Türkiyənin göndərdiyi tibbi ləvazimat ABŞ-a çatıb

Türkiyənin koronavirusla mübarizədə yardım üçün göndərdiyi tibbi ləvazimat ABŞ-a çatıb.

1407235
Türkiyənin göndərdiyi tibbi ləvazimat ABŞ-a çatıb

Türkiyənin koronavirusla mübarizədə yardım üçün göndərdiyi tibbi ləvazimat ABŞ-a çatıb.
Yeni növ koronavirüs (Covid-19) epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan ABŞ-a Türkiyədən yollanan tibbi yardımları daşıyan hərbi yük təyyarəsi paytaxt Vaşinqtondakı Joint Base Andrews Hərbi hava limanına enib.
Türkiyədən aprelin 28-də səhər saatlarında havaya qalxan "A 400M" tipli nəhəng nəqliyyat təyyarəsi ABŞ-a bir sıra profilaktik dərman vasitələri, o cümlədən cərrahi maska, üz qalxanı, N95 maska və xüsusi geyim aparıb.
Türkiyə Silahlı Qüvvələrinə məxsus "A400 M" nəqliyyat təyyarəsi daha əvvəl də İtaliya, İspaniya, Makedoniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, Kosovo, İngiltərə və Somaliyə tibbi yardım ləvazimatı apardı.
Türkiyənin epidemiya ilə mübarizə üçün bütün imkanları ilə kömək əli uzatdığı ölkələrin sayı isə 56 olub.

Digər tərəfdən, xarici işlər naziri Mövlud Çavuşoğlu şəxsi "twitter" hesabından etdiyi paylaşımda Türkiyənin dünyada ən çox humanitar yardım edən ölkə olmaqla yanaşı yeni növ koronavirüs (Covid-19) epidemiyasıyla mübarizədə dünyada miqyasında ən çox tibbi dəstək təmin edən üçüncü ölkə olduğunu ifadə edib.

ABŞ dövlət katibi Mayk Pompeo da  şəxsi "twitter" hesabında etdiyi paylaşmasında "Covid-19" ilə mübarizə üçün etdiyi tibbi avadanlıq köməyinə görə Türkiyəyə təşəkkür edərək, "ABŞ xalqı dostluğa, tərəfdaşlığınıza və dəstəyinizə görə sizə minnətdardır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr