Türkiyәdә koronavirusdan hәyatını itirәnlәrin sayı üç mini keçib

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 3081 nəfərə çatıb. Onların 89-u sutka ərzində vəfat edib.

1407926
Türkiyәdә koronavirusdan hәyatını itirәnlәrin sayı üç mini keçib

 

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 3081  nəfərə çatıb. Onların 89-u sutka ərzində vəfat edib.

Əldə olunan məlumata əsasən,sutka ərzində 43  min 498 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 936  nəfərdə infeksiya aşkarlanıb.

Sağalan 5 min 231 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 44 min 22 nəfər müalicə olunub.

Bu arada sәhiyyә naziri Fәxrәddin Koca Elm Şurasının yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Fәxrәddin Koca bildirib ki, yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 10 faiz azalıb. Koronavirusla bağlı görülәn tәdbirlәr öz bәhrәsini verib.Bunun davamlı olması çox әhәmiyyәtlidir.

Sәhiyyә naziri hәmçinin qeyd edib ki, bu proses әrzindә 7 min 428 tibb işçisi virusa yoluxub.



Әlaqәli Xәbәrlәr