M.Çavuşoğlu Türkiyә, Rumıniya vә Polşa XİN rәhbәrlәrinin iclasına qatılıb

Mövlud Çavuşoğlu bu barәdә rәsmi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

1407640
M.Çavuşoğlu Türkiyә, Rumıniya vә Polşa XİN rәhbәrlәrinin iclasına qatılıb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu yeni növ koronavirus epidemiyası sәbәbindәn dünәn Türkiyә, Rumuniya vә Polşa XİN rәhbәrlәrinin iştirakı ilә videokonfrans yolu ilә  keçirilәn iclasa qatılıb.

Mövlud Çavuşoğlu bu barәdә rәsmi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘Türkiyә, Rumuniya vә Polşa xarici işlәr nazirlәrinin iştirakı ilә dünәn keçirilәn üçtәrәfli görüşdә koronavirus epidemiyasına qarşı aparılan mübarizәdәki son vәziyyәt  vә atıla bilәcәk addımlar, NATO-nun gündәmindәki mәsәlәlәr vә  regional mövzularda әmәkdaşlığımız әtrafında fikir mübadilәsi apardıq’’,-deyә Mövlud Çavuşoğlu bildirib.

Qeyd edәk ki, Türkiyә, Rumuniya vә Polşa XİN rәhbәrlәrinin iclası 2016-cı ildә etibarәn hәr il keçirilir.

Mövlud Çavuşoğlu dünәn  videokonfrans yolu ilә keçirilәn  Beynәlxalq Koordinasiya Qrupunun VII iclasına da qatılıb.

Mövlud Çavuşoğlu bu barәdә ‘‘Twitter’’ sәhifәsindә yazıb.



Әlaqәli Xәbәrlәr