Türkiyә ABŞ-a tibbi lәvazimat göndәrib

Türkiyәnin yardımını daşıyan hәrbi tәyyarә yola düşüb.

1406688
Türkiyә ABŞ-a tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Amerika Birlәşmiş Ştatlarına tibbi lәvazimat göndәrib. Türkiyәnin yardımını daşıyan hәrbi tәyyarә yola düşüb.

Prezident  Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә Türkiyә Amerika Birlәşmiş Ştatlarının koronavirusa qarşı apardığı mübarizәyә dәstәk vermәk mәqsәdilә  bu ölkәyә tibbi maska, N95 maskası vә xüsusi geyimdәn ibarәt tibbi lәvazimat göndәrib.

Milli Müdafiә Nazirliyi ilә Sәhiyyә Nazirliyi tәrәfindәn hazırlanan tibbi lәvazimat A400M tipli tәyyarә ilә göndәrilib.

Göndərilən bağlamaların üzərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.

ABŞ-ın Türkiyәdәki  sәfirliyi Türkiyәyә tәşәkkür edib.

‘‘ABŞ hökumәti adından NATO müttәfiqimiz Türkiyәyә koronavirusla mübarizә çәrçivәsindә ölkәmizә göstәrdiyi dәstәk üçün tәşәkkür edirik. Göndәrilәn yardım iki ölkә arasındakı güclü münasibәtlәrin göstәricisidir. Amerika xalqına verdiyi dәstәyә görә Türkiyә hökumәtinә vә xalqına minnәtdarıq’’,-deyә sәfirlikdәn verilәn bәyanatda bildirilib.

Qeyd edək ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina, Kosova, İngiltәrә vә Somaliyә dә  tibbi yardım göndərmişdi. 



Әlaqәli Xәbәrlәr