Türkiyә Cibutidә qapalı qalan Yunanıstan vәtәndaşlarını tәxliyә etdi

Türkiyənin Cibutidәki səfirliyinin köməyi ilə bu ölkәdә qapalı qalan 3 yunan dənizçi Türk Hava Yollarının dünәn hәyata keçirdiyi tәxliyә uçuşu ilә Türkiyәyә gәtirilib.

1405817

Diplomatik mənbələrin yaydığı  məlumata görə, Yunanıstan orqanlarının rəsmi tələbi ilə tәxliyә edilәn  68, 71 və 77 yaşlı Yunanıstan vәtәndaşları  Türkiyə hökumətinə və səfirliyinә təşəkkür edib.

Tәxliyә edilәn  dənizçilərin təyyarədən endikdәn  sonra Yunanıstanın Ankaradakı səfirliyinә mәxsus xüsusi bir avtomobil ilә Edirnədəki İpsala sərhəd-keçid mәntәqәsinә aparıldığı ifadə edildi.

Әlaqәli Xәbәrlәr