R.T.Әrdoğan Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, ölkәdә yeni növ koronavirus sәbәbindәn hәyatını itirәnlәrin vә yoluxanların sayı hәr ötәn gün azalır.

1406303

Prezident Әrdoğan beşinci dәfә videokonfrans yolu ilә keçirilәn Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Koronavirus epidemiyasına qarşı aparılan mübarizәnin kankret nәticәlәrinin әldә olunduğunu bildirәn Әrdoğan yeni xәstә vә ölüm sayında azalmanın müşahidә olunduğunu deyib.

‘‘Bu proses әrzindә heç kim sahibsiz qalmadı. Әn inkişaf etmiş ölkәlәrin çarәsiz qaldığı mәsәlәlәrdә belә biz dostlarımıza dәstәk verdik’’ deyәn Әrdoğan Türkiyәnin 55 ölkәyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә yardım etdiyini söylәyib.

‘‘Sabah  Amerika Birlәşmiş Ştatlarına tibbi maska, N95 maskası, xüsusi geyim kimi lazımi tibbi lәvazimat göndәrәcәyik. Tibbi lәvazimatı daşıyacaq Türk Hava Yollarına mәxsus hәrbi  tәyyarә sabah ABŞ-a gedәcәk’’,-deyә Türkiyә prezidenti qeyd edib.

Rәcәb Tayyib Әrdoğan hәmçinin bildirib ki, koronavirusla mübarizә çәrçivәsindә  həftə sonu küçəyə çıxmaq qadağasını Ramazan bayramınadәk davam etdirməyi planlaşdırırıq.

Әlaqәli Xәbәrlәr