Fәxrәddin Altun koronavirus epidemiyasına qarşı aparılan mübarizә ilә bağlı bәyanat verib

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin yeni növ koronavirusa qarşı apardığı mübarizәsinin dünya üçün bir nümunә olduğunu deyib.

1406005

Bu barәdә Fәxrәddin Altun şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb. Fәxrәddin Altun  müqәddәs Ramazan ayının ilk günlәrindә çox gözәl xәbәrlәrin alındığını vә  Türkiyәdә yeni növ koronavirusa yoluxanların sayında azalma müşahidә olunduğunu söylәyib.

Fәxrәddin Altun koronavirusla mübarizә çәrçivәsindә xarici ölkәlәrә tibbi lәvazimat göndәrmәyә davam edәn  Türkiyәnin yalnız öz vәtәndaşlarının deyil, dünyada bu epidemiyadan әziyyәt çәkәn ölkәlәrin dә  qayğısına qaldığını vurğulayıb.

Ramazan ayında vәtәnlәrinә qayıtmaq istәyәn 25 min Türkiyә vәtәndaşının da ölkәyә gәtirildiyini bildiriәn Altun deyib: ‘‘Biz fәxr edirik ki, vәtәndaşlarımız sәhiyyә sistemimizә etibar edir. Türkiyәnin koronavirus epidemiyasına qarşı apardığı mübarizә dünya üçün  bir nümunәdir.  Çünki cәnab prezidentimiz bu mәsәlәdә hökumәtimizә lazımi addımların atılması ilә bağlı göstәriş verdi. Hәm öz vәtәndaşlarımız, hәm dә dünyada çәtin vәziyyәtdә olan hәr kәs bu mәsәlәdә Türkiyәyә etibar edә bilәr’’.

Әlaqәli Xәbәrlәr