M.Çavuşoğlu: ''Xaricdә "Covid-19"dan hәyatını itirәn Türkiyә vәtәndaşlarının sayı 342 nәfәrә çatıb

Bu barәdә Mövlud Çavuşoğlu özәl televiziya kanallarının birinә verdiyi müsahibәdә bildirib.

1400852
M.Çavuşoğlu: ''Xaricdә "Covid-19"dan hәyatını itirәn Türkiyә vәtәndaşlarının sayı 342 nәfәrә çatıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki, xaricdә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәyatını itirәn Türkiyә vәtәndaşlarının sayı 342 nәfәrә çatıb.

Bu barәdә Mövlud Çavuşoğlu özәl televiziya kanallarının birinә verdiyi müsahibәdә bildirib.

Bu günәdәk prezident Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә 74 öklәdәn 25 mindәn çox Türkiyә vәtәndaşının ölkәyә gәtirilәrәk karantinә alındığını ifadә edәn  Mövlud Çavuşoğlu  72 ölkәdәn 105 aviareysin daha hәyata keçirilәcәyini deyib.

‘‘Qarşıdakı prosesdә mümkünsә ramazan ayı başlamadan xaricdәki vәtәndaşlarımızı Türkiyәyә gәtirmәyi hәdәflәyirik’’,-deyә Türkiyәnin xarici işlәr naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr