Yaponiya və Türkiyə korona virusuna qarşı

Bu barədə razılaşma Yaponiyanın baş naziri Şinzo Abe ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

1400380
Yaponiya və Türkiyə korona virusuna qarşı

 

  Yaponiya və Türkiyə hökumətləri korona virusuna qarşı birlikdə mübarizə aparacaqlar. Bu barədə razılaşma Yaponiyanın baş naziri Şinzo Abe ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

  Yaponiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı aprelin 17-də yerli vaxtla saat 19:15 dəqiqədə baş tutub. Təqribən 20 dəqiqə davam edən söhbət zamanı Türkiyə prezidenti “Covid-19” pandemiyasına qarşı ölkədə görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

  Yaponiyanın baş naziri korona virusuna qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində Türkiyə hökumətinin atdığı addımları alqışladığını bildirib. Öz növbəsində Şinzo Abe Yaponiyada korona virusunun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıb, qeyd edib ki, Yaponiya şirkətinin iştirakı ilə Türkiyədə inşa edilən xəstəxana layihəsi həmin virusa yoluxmuş insanların müalicəsində əhəmiyyətli rol oynayacaq.

  Türkiyə prezidenti R.Ərdoğan da öz növbəsində Yaponiya tərəfinin “Covid-19” virusuna qarşı mübarizədə gördüyü tədbirləri yüksək qiymətləndirib.



Әlaqәli Xәbәrlәr