Türkiyə Somaliyə tibbi yardım ləvazimatları göndərdi

Yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyənin tibbi yardımını daşıyan hərbi  yük təyyarəsi Ankaradan Somaliyə doğru hərəkət edib.

1400231

Türkiyənin "Covid-19"-la mubarizəyə dəstək məqsədilə dünya miqyasında infeksiyanin təsirlərinə məruz qalan ölkələrə yardımı davam edir.

Bu çərçivədə Səhiyyə Nazirliyi və Türkiyə  Qırmızı Aypara Cəmiyyəti tərəfindən hazırlanan yardım ləvazimatları Ankara Etimesgut Hərbi Hava Limanından Türkiyə Hava Quvvələrinə məxsus A400M tipli yük təyyarəsi ilə Somalinin paytaxtı Mogadişuya  yola salınıb.

Türkiyə bundan öncə  İngiltərə, İtaliya, İspaniya, Şimali Makedoniya, Monteneqro, Serbiya, Bosniya-Hersoqovina və Kosovaya da tibbi yardım göstərmişdi.
 
Әlaqәli Xәbәrlәr