Şimali Kıbrıs Türk Cümhuriyyəti "Covid-19"la mübarizədə dəstəklənəcək", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yeni növ koronavirusla mübarizədə də (Covid-19) dəstəklənəcəyini söyləyib.

1398227

Ərdoğan bunu Şimali Kıbrıs Türk Cümhuriyyətinin  baş naziri Ersin Tatar ilə telefonla söhbəti zamanı deyib.
Prezident Aparatının verdiyi məlumata görə, prezident Ərdoğan söhbət zamanı Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyətinə dəstəyinin koronavirus ilə mübarizədə də davam edəcəyini vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə edilib.
Prezident Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhməd Əli ilə də telefonla danışıb.
Prezident Aparatının verdiyi məlumata görə, Ərdoğan  "Covid-19"a qarşı mübarizə çərçivəsində Efiopiyaya dəstək vəd edib.
Efiopiyanın baş naziri Abiy Əhməd görüşlə əlaqədar özünün "twitter" səhifəsində məmnunluğunu dilə gətirərək, "Prezident Ərdoğana telefon danışığına görə təşəkkür edirik. Əsas tibbi avadanlıqların tədarükündə, birgə əməkdaşlığı səbirsizliklə gözləyirik" deyib.

Әlaqәli Xәbәrlәr