"Epidemiyadan panikaya düşmədən və təmkinli rəftar edərək xilas olacağıq", İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın yeni növ koronavirusun (Covid-19) panikaya düşmədən və təmkinli addımlar atılaraq birlikdə məğlub ediləcəyini bildirib.

1398702

Kalın özünün "twitter" hesabındakı paylaşmasında "Türkiyə tədbir və müalicədə üstünlüyü olan bir yerdədir. Sağlamlıq infrastrukturumuz güclüdür. Yataq və dərmanda çatışmazlıq yoxdur. Epidemiyanın qarşısını ancaq tədbirləri layiqincə yerinə yetirərək ala bilərik. Virusu panikaya düşmədən və təmkinli addım ataraq birlikdə məğlub edəcəyik", ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr