Rәcәb Tayyib Әrdoğan әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyasının nәzarәt altına alınması mәsәlәsindә irәlilәyişin әldә olunduğunu deyib.

1397356
Rәcәb Tayyib Әrdoğan әhәmiyyәtli bәyanatlar verib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyasının nәzarәt altına alınması mәsәlәsindә irәlilәyişin әldә olunduğunu deyib.

Türkiyә prezidenti Әrdoğan Nazirlәr Kabinetinin yığıncağından sonra bәyanatlar verib.

Epidemiyanın nәzarәt altına alınması mәsәlәsindә ciddi irәlilәyiş әldә edildiyini ifadә edәn Әrdoğan bildirib ki, Türkiyә gördüyü qabaqlayıcı tәdbirlәrlә epidemiyanı әn sürәtli şәkildә nәzarәt altına alan ölkәlәrdәn biridir.

İstanbulun Hadımköy sәmtindә 100, Derince sәmtindә isә 250 çarpayılıq başqa yeni xәstәxanaların inşa edildiyini bildirәn Türkiyә prezidenti bu xәstәxanaların qarşıdakı hәftәlәrdә istifadәyә verilәcәyini qeyd edib.

Epidemiya ilә mübarizә çәrçivәsindә hәftә sonları komendant saatı tәtbiq etmәk mәsәlәsindә qәrar qәbul etdiklәrini deyәn Әrdoğan bildirib ki, bu günlәr keçdikdәn sonra hәyatımızı daha sәmәrәli vә daha gözәl bir şәkildә davam etdirәcәyik.

Rәcәb Tayyib Әrdoğan hәmçinin qeyd edib ki, epidemiya ilә mübarizә çәrçivәsindә Türkiyә 34 ölkәyә tibbi lәvazimat göndәrib. Türkiyә bu istiqamәtdәki yardımlarını qarşıdakı günlәrdә dә davam etdirәcәk.



Әlaqәli Xәbәrlәr