Türkiyә koronavirusla mübarizә çәrçivәsindә İngiltәrәyә tibbi lәvazimat göndәrib

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә İngiltәrәyә ikinci dәfә tibbi lәvazimat göndәrib.

1396413
Türkiyә koronavirusla mübarizә çәrçivәsindә İngiltәrәyә tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә İngiltәrәyә ikinci dәfә  tibbi lәvazimat göndәrib.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘’Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib. Mәlumatda president Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә koronavirusa qarşı aparılan mübarizәdә istifadә edilәcәk tibbi lәvazimatın İngiltәrәyә göndәrildiyi bildirilib.

Səhiyyə Nazirliyi tərəfindən hazırlanan N95 növ maskalar və xüsusi tibbi geyimdən ibarət yardım materialı Ankarada yerləşən Etimesgut Hərbi Hava limanından "A400M" tipli yük təyyarəsinə yerləşdirilərək yola düşüb.

Göndərilən bağlamaların üzərində türkcə  və ingiliscə  Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.

Türkiyә cümә günü dә ingiltәrәyә tibbi lәvazimat göndәrmişdi.



Әlaqәli Xәbәrlәr