Mövlud Çavuşoğlu:"Tək millət, tək ürək, Türkiyə, Azәrbaycan!"

Türkiyənin xarici işlәr naziri Mövlud Çavuşoğlu da Azərbaycanla bağlı paylaşım edib.

1396202
Mövlud Çavuşoğlu:"Tək millət, tək ürək, Türkiyə, Azәrbaycan!"

 

Koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Türkiyәnin Azәrbaycandakı sәfiri Erkan Özoral deyib: ‘‘Bu gün Türkiyә vә Azәrbaycan bayraqları Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Türkiyə ilə Azərbaycanın bir-biri ilə olan  yaxınlığını, həmrəyliyini və qardaşlığını  nümayiş etdirәn  çox gözәl videoproeksiyaya şahid olduq’’.

Türkiyənin xarici işlәr naziri  Mövlud Çavuşoğlu da  Azərbaycanla bağlı paylaşım edib.

Bu barədə Mövlud Çavuşoğlu şәxsi "Twitter"  sәhifәsindә yazıb.

Mövlud Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində ‘’Covid-19’’ la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birlikdə dalğalanır: "Tək millət, tək ürək Türkiyә Azərbaycan! Birlikdә öhdәsindәn gәlәcәyik’’.



Әlaqәli Xәbәrlәr