Türkiyə Yəməndə qüvvəyə minən atəşkəs qərarını məmnunluqla qarşıladı

Türkiyə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə Yəməndə təktərəfli atəşkəs qərarı almasını məmnuniyyətlə qarşıladı.

1395120

Xarici İşlər Nazirliyinin həmin mövzu ilə bağlı açıqlamasında BMT baş katibi Antonio Quterreşin çağırışı çərçivəsində Yəməndə "Covid-19"un yayılmasının qarşısını almaq üçün Yəməndə atəşkəs elan edilməsinin müsbət qarşılandığı bildirilib.
"Qarşı-qarşıya olduğumuz bu fövqəladə dövrdə bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırırıq və tüğyan edən epidemiyaya qarşı mübarizəni zəiflədəcək hərəkətlərdən imtina etmələrinin vacibliyini vurğulayırıq." ifadələri işlədilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Covid-19" infeksiyası səbəbindən Yəməndə aprelin 9-dan 2 həftəlik atəşkəs elan etdiyini açıqladı.

Әlaqәli Xәbәrlәr