"Türkiyədə ərzaq təhlükəsizliyinin təmin edilməsində problem yoxdur", B.Pakdemirli

Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Türkiyədə qida təmin edilməsində bir çətinlik olmadığını bildirib.

1393910
"Türkiyədə ərzaq təhlükəsizliyinin təmin edilməsində problem yoxdur", B.Pakdemirli

Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Türkiyədə qida təmin edilməsində bir çətinlik olmadığını bildirib.
Bekir Pakdemirli mövzu ilə bağlı verdiyi açıqlamada Türkiyədə ilk yeni növ koronavirus (Covid-19) faktı qeydə alınmadan bəzi addımlar atdıqlarını ifadə edib.
Türkiyədə qida təhlükəsizliyində çətinlik olmadığını vurğulayan nazir Pakdemirli "Koranavirusun ölkəmizdəki ilk yoluxmasından əvvəl müxtəlif addımlar atdıq. Bunlardan ən başlıcası pərakəndə zəncirlərini gələcəkdə baş verə biləcək  problemlərə hazır hala gətirməkdir. Bu şəkildə bazarlarımız yaxşı birjalara və rəflərə sahibdir. rast gəlmədik" deyib.
Pakdemirli güclü kənd təsərrüfatı və meşə infrastrukturu qurmaq üçün son 17 ildə bir çox araşdırma apardıqlarını ifadə edən Pakdemirli "Bu çərçivədə əkinçilik məhsulumuzu 645 faiz artıraraq 275 milyard lirəyə çatdırdıq. 308 milyard lirəlik kənd təsərrüfatı dəstəyi verdik. 565 su anbarı istismara verdik. 6,6 milyon hektar ərazinin suvarılmasına imkan yaratdıq. 4,5 milyard ağac əkdik. Toxum istehsalımızı 8 qatadək artırdıq. İxracatımızı 10 qatadək artırdıq. Bundan əlavə, 18 milyard dollarlıq kənd təsərrüfatı ixracatımız və 5,3 milyard dollarlıq xarici ticarətdəki artıqla ilə kənd təsərrüfatında xalis ixracatçı olduq" deyə bildirib.



Әlaqәli Xәbәrlәr