Mövlud Çavuşoğlu İspaniya mәtbuatında yayılan mәlumatlara münasibәt bildirib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İspaniyanın Türk şirkәtlәrindәn aldığı süni tәnәffüs aparatları ilә bağlı bu ölkәdә yayılan xәbәrlәrә münasib bildirib.

1391463

Çavuşoğlu  İspaniya xarici işlər naziri Arancha Qonzalez Layanın ölkәdә  Türkiyә ilә bağlı yayılan xәbәrlәri  rәdd etdiyini xatırladaraq deyib: ‘’ Laya Türkiyәnin bu günәdәk İspaniyaya verdiyi dәstәyi bir daha vurğulayaraq ölkәmizә  tәşәkkür edib’’.

Nazir Çavuşoğlu Türkiyədəki bəzi firmaların ixracla bağlı yeni  tənzimləmələri bildiyi halda  daha çox pul qazanmaq üçün fərqli ölkələrdən gələn tələbləri cavabsız qoymadığını ya da Sәhiyyә  Nazirliyinə istiqamətləndirmək yerinə müqavilə imzaladığını bildirib.
Mövlud Çavuşoğlu hәmin şirkətlərin icazə almadan digər ölkələrlə müqavilə bağlamamalarının vacibliyini  vurğulayıb.
"Səhiyyə Nazirliyinin göstərişləri ilə 116 süni tәnәffüs aparatının göndәrilmәsinә icazə verdik. Həmin aparatlar qarşıdakı günlərdə  İspaniyaya göndәrilәcәk’’,-deyә Türkiyәnin xarici işlәr naziri qeyd edib.

Layanın ‘’Dost və müttəfiq Türkiyənin jestine təşəkkür edirik" şәklindәki açıqlamasına münasibәt bildirәn Mövlud Çavuşoğlu deyib:"Dost İspaniyanın hər zaman yanındayız. Bu çәtin günlәrin öhdәsindәn birlikdә gәlәcәyik’’.

Әlaqәli Xәbәrlәr