Xaricdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı 124-ə çıxıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu xaricdə yeni növ koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayının 124-ə çıxdığını bildirib.

1390265
Xaricdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı 124-ə çıxıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu xaricdə yeni növ koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayının 124-ə çıxdığını bildirib.
Çavuşoğlu NATO-nun Xarici İşlər Nazirlərinin video-konfransı yığıncağından sonra verdiyi açıqlamada 17 mart tarixinə qədər yeni koronavirus (Covid-19) səbəbiylə 50-dən çox ölkədən 20 mindən çox vətəndaşın ölkəyə gətirildiyini qeyd edib.
Çavuşoğlu xaricdə koronavirusdan ölən Türkiyə vətəndaşları ilə əlaqədar "Təəssüf ki, vətəndaşlarımız virus səbəbindən xaricdə öldü və onların sayı 124-ə çıxdı" ifadəsini işlədib.
Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran özünün "Twitter" səhifəsində etdiyi açıqlamada "Fransada 47, Almaniyada 23, Hollandiyada 20, Belçikada 10, İngiltərədə 9, ABŞ-da 6, İsveçdə 5, İsveçrədə 3, Avstriyada 2 vətəndaş koronavirus səbəbiylə öldü. Başımız sağ olsun" deyə bildirib. 



Әlaqәli Xәbәrlәr