Türkiyə Hava Yolları beynəlxalq uçuşlarla bağlı məlumat paylaşdı
THY-nin saytında verilən məlumata görə...
Türkiyə Hava Yolları (THY) 1 may tarixinə qədər bütün beynəlxalq uçuşların dayandırıldığını açıqladı.
THY-nin saytında verilən məlumata görə, yeni növ korona virusunun (Covid-19) yayılmasıyla əlaqədar uçuşlarda mühüm tənzimləmələr edilib: bütün beynəlxalq uçuşlar 1 may 2020 tarixinə qədər dayandırılıb.
Yalnız Adana, Ankara, Antalya, Diyarbakır, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Kayseri, Konya, Malatya, Samsun, Trabzon və Van daxil olmaqla 14 daxili uçuş məhdud şəkildə həyata keçiriləcək. Digər daxili uçuşlar da 1 maya qədər dayandırılıb.
Məlumatı THY-nin baş direktoru Bilal Ekşi də “twitterdən paylaşaraq bunları qeyd edib: "Korona virusu epidemiyası tədbirləri çərçivəsində əvvəlcə 17 aprelə qədər təxirə salınan daxili və beynəlxalq uçuşlarımız 1 may tarixinə qədər yeni bir qərarla dayandırılıb."
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq