Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya və İspaniya baş nazirlərinə məktub ünvanladı

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 1-də Türkiyə tərəfindən tibbi yardım vəsaiti göndərilən İtalyanın baş naziri Cüzeppe Konte və İspaniyanın baş naziri Pedro Sançezə məktub ünvanlayıb.

1390008
Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya və İspaniya baş nazirlərinə məktub ünvanladı

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 1-də Türkiyə tərəfindən tibbi yardım vəsaiti göndərilən İtalyanın baş naziri Cüzeppe Konte və İspaniyanın baş naziri Pedro Sançezə məktub ünvanlayıb.
Ərdoğan İtaliyanın baş naziri Konteyə ünvanlıdığı yazdığı məktubda deyib:
"Hörmətli Baş nazir, əziz dostum! Koronavirus epidemiyasının bütün dünya üçün böyük bir təhlükə olaraq davam etdiyi və təəssüf ki, bir çox insanın öldüyü bir dövrlə qarşı-qarşıyayıq. Dostumuz və müttəfiqimiz İtaliya epidemiya ilə mübarizədə lider ölkələrdən biridir. Milli yas elan etdiyiniz bir gündə kədərinizi bölüşürəm, ümid edirəm ki, belə ağrlı günlərin bir daha olmamasını arzu edirəm.  Epidemiyada ölən İtaliya vətəndaşlarına ölkəm və millətim adından başsağlığı verirəm. Dostluq əlaqəsi olaraq, bu yaxınlarda Türkiyənin Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə İtaliyaya yardım materialı göndərdik. NATO-nun Avroatlantik Afətlərə Qarşı Mübarizə Mərkəzi (EADRCC) vasitəsilə etdiyiniz yardım çağırışınıza cavab olaraq hərbi kanallarımızdan əlavə material təqdim edirik. Bundan əlavə, epidemiya ilə mübarizədə İtaliyanın təcili olaraq ehtiyac duyduğu tibbi ləvazimatların ixracında əlimizdən gələn asanlığı göstərdik. 
Türkiyə İtaliyanın qara gün dostu olduğunu göstərərkən, Avropa İttifaqı belə yardımlar mövzusunda müxtəlif maneələr ortaya qoyarkən, təəssüf ki, İtalyan mətbuatında ölkəmizi haqsız yerə ittiham edən, tibbi vəsaitlərin müsadirə edildiyini irəli sürən əsassız xəbərlərə də rast gəldik. Bununla əlaqədar olaraq İtaliya rəsmilərinin təmkinli açıqlamalarından məmnun olduğumuzu bildirmək istərdim.
Cənab Baş nazir telefon danışığımızdan sonra epidemiya xəstəliyinə qarşı mübarizədə bir daha sizinlə olduğumuzu bildirərək sağlam günlərdə bir daha görüşməyi arzu edirəm".
Prezident Ərdoğan İspaniyanın baş naziri Pedro Sançezə ünvanladığı məktubda isə bunları qeyd edib:
"Hörmətli Baş nazir, əziz dostum,
Mən bilirəm ki, dost və müttəfiq İspaniya koronavirus epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır. Ölkəm və millətim adından bütün İspaniya xalqına və xüsusilə bu çətin günlərdə həyatını itirənlərə başsağlığı verirəm. Türkiyə olaraq, İspaniya xalqının tək ürək olaraq böhran qarşısında sərgilədiyi dözümlü və qərarlı mövqeyi təqdirlə izləyirik. Epidemiyanın ilk günlərindən bəri hökumətinizin təsirli tədbirlər gördüyünü və böhrana qarşı intensiv və uğurla mübarizə apardığını görürük. Bu işlərdə uğurlar diləyirəm. Ümidimiz budur ki, dost ispan xalqı bu fəlakətdən ən qısa müddətdə və ən az zərərlə xilas olacaq və firavanlıq, sülh və rifah dolu günlərə qayıdacaq. Dost qara gündə bəlli olar atalar sözündən hərəkətlə  NATO-nun Avroatlantik Afətlərə Qarşı Mübarizə Mərkəzi (EADRCC) vasitəsilə kyardım çağırışınıza cavab olaraq, Hərbi Hava Qüvvələrimizdən bir təyyarə ilə ölkənizə tibbi yardım materialları təqdim edirik. Hətta Avropa İttifaqının da maneə törətdiyi bir mühitdə bütün imkanlarımızı işə daxil edərək ölkənizin ehtiyac duyduğunuz tibbi materialları ixrac etmək üçün əlimizdən gələni edirik. Qarşı-qarşıya olduğumuz bu çətin dövr başa çatandan sonra, daha əvvəl sizinlə müzakirə etdiyimiz kimi, ikitərəfli əməkdaşlığımızı irəliyə aparacaq addımlar barədə qərar vermək üçün növbəti Hökumətlərarası Zirvə görüşümüzü təşkil etmək üçün Sizi ölkəmizə gözləyirəm".



Әlaqәli Xәbәrlәr