Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 277 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 277 nəfərə çatıb.

1389506
Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 277 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 277 nəfərə çatıb. Onların 63-ü aprelin 1-də vəfat edib. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Bildirilir ki, sutka ərzində  14 min 396 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 148 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 15 min 679 nəfər infeksiyadan müalicəyə cəlb olunub.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 333 nəfər müalicə olunub.

Fəxrəddin Koca deyib: ''Türkiyədə yeni növ koronavirusa yoluxmuş xəstələrin 1,58 faizi həlak olub.Bu mənada bir çox ölkədən daha yaxşı vəziyyətdəyik''.



Әlaqәli Xәbәrlәr