Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 168 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı 168 nəfərə çatıb.

1387853
Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı 168 nəfərə çatıb

 Türkiyədə yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı 168 nəfərə çatıb. Onların 37-si martın 30-da vəfat edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verilib.

  Bildirilir ki, gün boyu 11 min 535 nəfər üzərində müayinə aparılıb. Onlardan 1610 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 10 min 827 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 725 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 162 nəfər müalicə olunub.



Әlaqәli Xәbәrlәr