Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan "Biz bizə yetərik Türkiyəm" şüarı ilə milli həmrəylik kampaniyasına start verib.

1387880
Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan "Biz bizə yetərik Türkiyəm" şüarı ilə milli həmrəylik kampaniyasına start verib. 
Prezident Ərdoğan bunu  Nazirlər Kabinetinin yığıncağından sonra xalqa müraciətində deyib. 
Bütün dünyada öz təsirini göstərən yeni növ koronavirus epidemiyasına qarşı görülən tədbirlərə görə çətinlik çəkən aztəminatlı vətəndaşlara əlavə dəstək göstərmək üçün "Biz bizə yetərik Türkiyəm" şüarıyla milli həmrəylik kampaniyasına start verdiklərini açıqlayan Ərdoğan deyib:
"7 aylıq əmək haqqımı verərək kampaniyaya maddi yardım göstərdim. Nazirlər Kabineti iclasında nazirlər də dəstəklərini açıqladılar. İş adamları və xeyriyyəçilərin də dəstəklərini  gözləyirik".
 Ərdoğan Türkiyənin səhiyyə infrastrukturu, işçi heyəti, dərman və vəsait, reanimasiya tutumunu baxımından digərlə müqayisədə yaxşı vəziyyətdə olduğunu da əlavə edib.
Ölkə başçısı epidemiyanın ilk günlərindən başlayaraq Elmi Komitənin tövsiyələrinə uyğun olaraq vacib olan bütün tədbirlərin görüldüyünü vurğulayıb. 



Әlaqәli Xәbәrlәr