Türkiyənin birinci xanımı gənclərə səsləndi

Ölkənin birinci xanımı “twitter” hesabından etdiyi video-müraciətində gənclərə səslənərək deyib...

1387072
Türkiyənin birinci xanımı gənclərə səsləndi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan gəncləri korona virusuyla (Covid-19) bağlı evdə qalmalı olan yaşlıları qorumağa çağırdı.

  Ölkənin birinci xanımı “twitter” hesabından etdiyi video-müraciətində gənclərə səslənərək dedi:

  "Artıq bu epidemiyaya ən həssas qrup olaraq müəyyənləşən yaşlıları qorumaq üçün həmrəylik vaxtıdır. Həyatları boyu bizi qoruyan, bizə görə heç bir fədakarlıqdan çəkinməyən ağsaqqallarımızı, ağbirçəklərimizi indi qorumaq bizim növbəmizdir. Evdə qaldıqları müddətdə onlara sevgi və şəfqətlə yanaşsaq, bu çətin prosesi rahat şəkildə keçirmələrini təmin edə bilərik. Bunu onları narahat etmədən, ruhunu incitmədən, sosial izolyasiyanın səbəblərini izahatla edə bilərik. Alış-veriş və digər ehtiyacları üçün qapılarını döyə, onları tez-tez telefonla çağıra bilərik ki, özlərini tənha hiss etməsinlər, problemlərini danışsınlar, əhval-ruhiyyələri yüksək olsun. Hətta onlar üçün audio-kitab da ola bilərik."



Әlaqәli Xәbәrlәr