Türkiyədə korona virusundan həyatını itirənlərin sayı 100-ü keçdi

Əhalidən rəsmi və ictimai qaydalarla “Evdə qal!” çağırışına əməl etmək tələb olunur.

1386817
Türkiyədə korona virusundan həyatını itirənlərin sayı 100-ü keçdi

 

  Türkiyədə yeni növ korona virusundan (Covid-19) ölənlərin sayı 108 nəfərə çatıb. Onların 16-sı martın 28-də vəfat edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verilib.

  Bildirilir ki, gün boyu 7641 nəfər üzərində müayinə aparılıb. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 7402 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

  Qeyd edək ki, martın 28-dən etibarən Türkiyədə "Covid-19" ilə mübarizə tədbiləri daha da sərtləşdirilib. Ölkə üzrə şəhərlərarası və yaşayış məskənləri daxilindəki nəqliyyatın hərəkəti 80 faiz məhdudlaşdırılıb. Əhalidən rəsmi və ictimai qaydalarla “Evdə qal!” çağırışına əməl etmək tələb olunur.



Әlaqәli Xәbәrlәr