Çavuşoğlu xaricdə yaşayan soydaşlara müraciət etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xaricdə yaşayan Türkiyə vətəndaşlarından korona virusu tədbirlərilə əlaqədar yaşadıqları ölkələrdə evlərini tərk etməmələrini istədi.

1387078
Çavuşoğlu xaricdə yaşayan soydaşlara müraciət etdi

 

  Sosial media hesabı “twitter”dən "Sən bizim üçün əzizsən! Gözəl yurdumuzda bir daha görüşmək üçün evdə qal və vətən həsrətinə son qoy!" sözləri və "Həyat evə sığar, evdə qal, birlikdə qalib gələcəyik" (Hayat Eve Sığar, Evde Kal, Birlikte Yeneceğiz) etiketleriyle video-müraciət paylaşan nazir xaricdəki türklərə üz tutaraq deyib:  

  “Çox qiymətli vətəndaşlara və Vətəndən neçə min kilometrlərlə uzaqlarda yaşayan soydaşlarımıza səslənirəm. Türkiyədəki vətəndaşlarımız qədər siz də bizim üçün dəyərlisiniz. Lütfən, bu günlərdə zəruri olmadıqca evlərinizdən çıxmayın. Yaşadığınız ölkələrdəki səfirliklərimiz, konsulluqlarımız və səlahiyyətlilərimizin xəbərdarlıqlarına diqqət edin. Həmişə olduğu kimi xaricdəki nümayəndəliklərimizi öz eviniz bilin. Birbaşa əlaqə mərkəzimizə və bizə müraciət edin. Vətən dolu sevgimi və hörmətlərimi sizə yetirirəm. Allaha əmanət olun.”



Әlaqәli Xәbәrlәr