"Addımlarımızı koordinasiyalı şəkildə atmağa davam edirik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı tədbirlər ilə əlaqədar "Millətimizə xidmət üçün fəaliyyətlərimiz davam edir" deyib.

1384191
"Addımlarımızı koordinasiyalı şəkildə atmağa davam edirik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı tədbirlər ilə əlaqədar "Millətimizə xidmət üçün fəaliyyətlərimiz davam edir" deyib. 
Prezident bunu sosial şəbəkə hesabında etdiyi paylaşmasında bildirib:
"Bütün qurumlarımızın və təşkilatların işlərini yaxından izləyirik və addımlarımızı koordinasiyalı olaraq atırıq".
Ərdoğan nazirlərlə telekonferans vasitəsilə keçirdiyi görüşlərinin görüntülərini paylaşım edib.
Prezident Ərdoğan Türkiyənin koronavirusla mübarizəsinin güclənərək davam etdiyini söyləyib.
Köməkçisi Fuad Oqtay ilə görüşdə Ərdoğan elektirik enerji haqqı ödəmələrində yubanmanın ola biləcəyini bildirib və daxili işlər naziri Süleyman Soylu ilə görüşdə ictimai nəqliyyatdan istifadənin azalması barədə məlumat alıb.
Ərdoğan təhsil naziri Ziya Selçuku isə distant təhsillə əlaqədar  təbrik edib və tədris tətilinin uzadılması ilə əlaqədar Elmi Şuranın tövsiyələrini nəzərə alacaqlarını bildirib.
Prezident Ərdoğan səhiyyə naziri Fəxrəddin Koca ilə görüşü zamanı Çindən gətirilən 50 min virus test dəsti ilə bağlı son vəziyyət haqqında məlumat alıb.



Әlaqәli Xәbәrlәr