Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı dörd nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı dörd nəfərə çatıb.

1381575
Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı dörd nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı dörd nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirusa yoluxan 85 yaşlı xəstəmiz vəfat edib. Virus səbəbindən həlak olanların sayı dörd nəfərə çatıb''.

Nazir Fəxrəddin Koca virusa yoluxanların sayının isə 359-a yüksəldiyini deyib.

Məsələ ilə bağlı şəxsi ''Twitter'' səhifəsindən açıqlama verən Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib: ''Gördüyümüz tədbirləri gücləndirəcəyik. Virusun öhdəsindən gələcəyik''.

 

 

 



Әlaqәli Xәbәrlәr